Türk ordusu 2 şəhid verdi

 23:31 11.09.2022     358

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK-ya qarşı növbəti əməliyyatda itki verib.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Pençe-Kilit” əməliyyat bölgəsində atışma zamanı çavuş Harun Yıldırım və Savaş Borlu şəhid olub.

Daha 4 hərbçinin yaralandığı deyilir.