Ukrayna hərbçiləri İzyum Şəhər Şurası üzərində ölkə bayrağını ucaldıblar
Ukrayna silahlı qüvvələrinin əsgərləri İzyum şəhərinin (Xarkov vilayəti) mərkəzinə nəzarət edir və artıq şəhər şurasının binası üzərində ölkə bayrağını qaldırıblar.
Bu barədə Demedia.az "RBC-Ukraina"ya istinadən xəbər verir.
Qeyd edilir ki, zabit Anatoli Ştefan sosial şəbəkələrdə İzyum şəhər şurasının yanan binasının əks olunduğu video yayıb. Vidoda görünür ki, binanın damında Ukrayna bayrağı ilə Silahlı Qüvvələrinin əsgərləri dayanıb.
Xatırladaq ki, bir neçə gündür Rusiyanın teleqram kanallarında bu ölkənin qoşunlarının İzyumdan çıxarılması ilə bağlı məlumatlar yayılıb, lakin rəsmi mənbələr hələlik şəhərin işğaldan azad olunduğunu təsdiqləməyib.