Rusiya ordusu tab gətirə bilmir: Putin yenə komandanı dəyişdi
Rusiya rəhbərliyi cəbhədəki yeni məğlubiyyətlərdən dolayı silahlı qüvvələrin qərb qruplaşmasının komandanlığını yenidən dəyişib.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
"Rusiya Silahlı Qüvvələrinin qərb qruplaşmasının rəhbərliyi komandanlıqdan uzaqlaşdırılıb. Bu qərara səbəb Ukrayna Müdafiə Qüvvələrinin hücumu nəticəsində rusların sarsıdıcı məğlubiyyətə uğramasıdır", - məlumatda deyilir.
Qeyd olunur ki, general-leytenant Aleksandr Lapin qərargahı ilə birlikdə qərb qruplaşmasına komandan təyin edilib.