Ağlınızı başınıza alın, qaşınmayın - Yunanıstana SƏRT XƏBƏRDARLIQ



 20:12 12.09.2022     356

“Yunanıstan hələ də qaşımaya və qaşınmaya davam edir. Başqalarına güvənərək məcaraya atılsanız nəticələrinə görə məsuliyyət daşıyacaqsınız. Bu, Yunanıstana bir xəbərdarlıqdır”.

Demedia.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə açıqlama verib. O bildirib ki, Türkiyə Egey dənizində qonşuluq siyasətinə hörmətlə yanaşarkən Yunanıstan təxribatlarına davam edir:

“Hamı ağlını başına almalıdır. Xüsusilə Yunanıstana deyirik. Türkiyənin dostluğu qədim, düşmənçiliyi ağırdır. Bunu unutmayın”.