Çeçenlər Ukrayna ordusu üçün sürpriz hazırlayıb - Kadırov

 12:31 13.09.2022     456

Çeçenistan prezidenti Ramzan Kadırov Ukrayna ordusu üçün sürpriz hazırladıqlarını açıqlayıb.

Demedia.az xəbər verir ki, onun sözlərinə görə, Çeçenistanın “Əhməd” adlı xüsusi təyinatlı dəstələri bu sürprizi yaxın vaxtda tətbiq edəcək. Kadırov bildirib ki, çeçen birliklər Ukraynada uğurla irəlliləyir.

“Döyüşçülərimiz Ukraynanın yaramaz birləşmələrinə qarşı diqqətçəkən sürpriz hazırlayıb. Yaxında biləcəksiniz. Daha çox detal açıqlamayacam” - Kadırov deyib.