Azərbaycan ordusu çox əlverişli mövqelərə yiyələndi - Erməni deputatdan ETİRAF
"Ermənistan hakimiyyətinin mesajlarından məlum olur ki, Azərbaycanın tələbləri istiqamətində həm diplomatik, həm də hərbi cəhətdən daha güclüdür".
Demedia.az xəbər verir ki, bunu erməni parlamentinin müxalif deputatı Tiqran Abrahamyan deyib.
Onun sözlərinə görə, Azərbaycan erməni təxribatınlarına adekvat cavab verir. Həmçinin diplomatiyada Azərbaycan uğurlu siyasət həyata keçirir:
"Azərbaycan ordusu qarşısına qoyduğu məqsədlərə çatdı. Onlar yeni, çox əlverişli mövqelərə yiyələndilər, həmin mövqeləri möhkəmləndirdilər və hərbi infrastrukturumuza zərbələr endirdilər" Bizim əsas problemimiz isə bizi hər şeydən məhrum edən bir hökumətin mövcudluğudur".