Semyon Peqov: "Ermənistanın 180 hərbçisi ölüb"
Rusiyalı hərbi jurnalist, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın təbliğatını aparan Semyon Peqov Azərbaycan-Ermənistan sərhədində baş verən son toqquşmalarda 180 erməni hərbçisinin öldürüldüyünü, 50-dən çox yaralının olduğunu açıqlayıb.
Demedai.az-ın məlumatına görə, o, bu barədə özünün teleqram kanalında məlumat yayıb.
S.Peqov həmçinin Azərbaycan ordusu tərəfindən məhv edilən onlarla erməni hərbçinin döyüş meydanında qalmış cəsədlərinin videogörüntülərini də yayımlayıb.