Ukraynanın yeni təklifləri Rusiyanı qane etmir - Peskov



 09:12 15.09.2022     281

“Ukrayna tərəfinin öz təhlükəsizliyi ilə bağlı irəli sürdüyü yeni zəmanət təkliflərinin bu ölkədə xüsusi əməliyyatın nə qədər vacib olduğunu bir daha üzə çıxarıb”.

Demedia.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, Kiyevin açıqladığı yeni sənəd Ukraynanın NATO-ya üzv olacağına dair imkanları ortadan qaldırmır. Peskov bildirib ki, bu məsələ ölkəmiz üçün əsas təhdidlər arasındadır. “ Hesab edirəm ki, bu sənəd təhlükəsizliyimizi və milli maraqlarımızı müdafiə etmək üçün xüususi əməliyyat təşkil emtəyimizin nə qədər vacib olduğunu təsdiq edir” – Peskov bəyan edib.