Qırğızıstan və Tacikistan prezidentləri razılıq əldə etdi



 22:00 16.09.2022     582

Qırğızıstan Prezidenti Sadır Japarov Tacikistan Prezidenti Emomali Rəhmon ilə iki ölkə sərhədindəki vəziyyətlə bağlı danışıqlar aparıb.

Demedia.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat katibi Erbol Sultanbayev məlumat verib.

Dövlət başçılarının görüşü Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının samiti çərçivəsində baş tutub və tərəflər Tacikistan-Qırğızıstan sərhədində baş verən hadisələri müzakirə ediblər.

Onlar aidiyyatı dövlət qurumlarına atəşkəs və təmas xəttinə cəmləşmiş hərbi qüvvələrin uzaqlaşdırılması tapşırıq vermək barədə razılığa gəliblər.