Ruslar Xarkovda məğlub oldular, Xersonda geri çəkilirlər - Ukrayna ordusu böyük qələbəyə doğru
Xarkovdakı ağır məğlubiyyət Rusiya ordusunun Xersondakı vəziyyətinə də təsir edib.
Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu açıqlama verib. Bildirilib ki, Ukrayna ordusunun əks-hücumlarının qarşısını ala bilməyən rus qüvvələr geri çəkilərək daha yaxşı müdafiə olunacağı mövqelərdə möhkəmlənməyə çalışırlar. Məlumata görə, Rusiya ordusunun bir neçə birliyi Xersonda məğlub olub. Araşdırmada bildirilir ki, Rusiya ordusu Xersonda və Xarkovdakı məğlubiyyətlərə baxmayaraq, Donbasdan geri çəkilmək niyyətində deyil. Məlumata görə, Rusiya ordusunun komandanlığı Donbasdakı bütün bölmələrə vəziyyətdən asılı olmayaraq geri çəkilməmək barədə tapşırıq verib.