209-cu gün: Rusiyanın itkiləri açıqlandı

 12:15 20.09.2022     267

Ukrayna müharibənin 209-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 54 810 hərbçi, 2 216 ədəd tank, 4 724 ədəd zirehli döyüş maşını, 1 323 ədəd artilleriya sistemi, 318 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 168 hava hücumundan müdafiə sistemi, 252 ədəd hərbi təyyarə, 217 ədəd helikopter, 3 587 ədəd avtomobil texnikası, 925 ədəd PUA, 239 qanadlı raket, 15 gəmi/qayıq, 125 xüsusi avadanlıq itirib.