“Pepsi” Rusiyada istehsalını tamamilə dayandırdı
“PepsiCo İnc” şirkəti Rusiyada “Pepsi”, “7UP“ qazlı içkilərinin istehsalını tamamilə dayandırıb.
Demedia.az xəbər verir ki, barədə Rusiya mətbuatı məlumat yayıb.
“Nəticədə Rusiyada bütün konsentratlar tükəndi, istehsal dayandırıldı”, - şirkətdən bildirilib.
Qeyd edək ki, Rusiya “Pepsi”nin satışlarına görə ABŞ və Meksikadan sonra dünyada üçüncü yerdə idi.