Aİ Ukraynaya daha 5 milyard avro ayırdı



 18:22 20.09.2022     463

Avropa İttifaqı (Aİ) Şurası rəsmi olaraq Ukraynaya 5 milyard avro məbləğində əlavə makromaliyyə yardımının təcili verilməsi barədə qərar qəbul edib.

Demedia.az xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidmətinin məlumatında qeyd olunub. 

"Bu gün lazımi rəsmi addımlardan sonra əlavə yardım rəsmən təsdiqlənib. Cəmi 11 gün ərzində tamamlanıb", - məlumatda deyilir.