Rusiyada ehtiyatda olan 300 min nəfər orduya çağırılacaq



 11:25 21.09.2022     278

“Qismən səfərbərlik çərçivəsində ehtiyatda olan 300 min nəfər xidmətə çağırılacaq”.

Demedia.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

O, çıxışında Rusiyanın səfərbərlik resursunun, təxminən, 25 milyon nəfər olduğunu xatırladıb: “Qismən səfərbərliyə düşənlərin sayı bu rəqəmin 1 %-dən bir qədər çoxunu təşkil edir”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb.