Ukraynadan Putinin qismən səfərbərlik elanına REAKSİYA
Ukraynanın məhv edilməsini tələb edən Rusiya, nəhayət, səfərbərlik elan etdi.
Demedia.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Tvitterdə yazıb.
Onun sözlərinə görə, artıq üçgünlük müharibənin 210-cu günüdür: "Sərhədlər bağlanıb, bank hesabları dondurulub. Bu gün baş verənlər həyatın ironiyasıdır. Doğrudanmı hər şey plana uyğun gedir?!”