Kraliçanın tabutunu açmaq istədi: "Öldüyünə inanmıram" - Britaniyanı qarışdıran şəxs / FOTO



 23:20 21.09.2022     260

Vestminster sarayında 2-ci Elizabetin tabutunun üzərinə qaçarkən saxlanılan 28 yaşlı şəxs ifadə verib.

Deemdia.az xəbər verir ki, o ifadəsində keçmiş Kraliçanın öldüyünə inanmadığını ifadə edib. Muhammed Xan adlı şəxs bildirib ki, onun niyyəti tabutu açmaq olub. Şübhəlinin sözlərinə görə, o Kral ailəsinə məktub yazıb. Məktuba cavab verilməsə o, 2-ci Elizabetlə danışmaq üçün Bukinqem sarayına icazəsiz girəcək. Qeyd edək ki, vida mərasimi zamanı 28 yaşlı şəxsin tabutun üzərinə qaçması həyəcan yaratmışdı. Polis dərhal ona müdaxilə etmişdi.

Maraqlıdır ki, sosial mediada 28 yaşlı şəxsə dəstək çıxanlar da tapılıb.