Rusiya ilə müharibə aparmırıq, Ukraynaya yardım edirik - AB
AB Rusiyaya qarşı mübarizə aparmır, Ukraynaya öz suverenliyini müdafiə etməyə kömək edir.
Demedia.az xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellin mətbuat katibi Peter Stano deyib.
“Vladimir Putinin qismən səfərbərlik elan etməsi onu göstərir ki, sülhdə maraqlı deyil. Bu, beynəlxalq ictimaiyyətə onun yalnız gələcək dağıdıcı müharibədə maraqlı olduğuna dair açıq siqnaldır”, - Stano bildirib.