Türk F-16-ları hədəfi məhv etdi: Bölgə mühasirəyə alındı
Türkiyə ordusu İraqın şimalında həyata keçirdiyi “Pəncə Qartal-2” antiterror əməliyyatı ilə terrorçuların mövqeyini məhv edir.
Nexeber.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, əməliyyatlar çərçivəsində Qara bölgəsində 3-ü yüksək “rütbəli” olmaqla, 19 terrorçu zərərsizləşdirilib.
Bundan başqa, Türkiyə ordusu F-16 qırıcılar, helikopter və PUA-larla Priz, Berqara ve Siyana bölgələrində terrorçuların hədəflərini dəqiq zərbələrlə darmadağın edib. Türkiyə ordusu Siyana bölgəsini mühasirəyə alıb və 2 mindən artıq hərbçi bölgəyə yerləşdirilib.
Həmçinin, əməliyyatlar zamanı terrorçulara aid komandanlıq mərkəzi və iclas binası da vurulub.
***
Əməliyyatlar çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 33-ə çatıb.
Terrorçulara aid qərargah, sığınacaq və mağaralardan ibarət 50-dən çox hədəf hava əməliyyatları ilə məhv edilib.(axar.az)