Nazirlər arasında telefon danışığı oldu
Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar ölkəsinin həmişə olduğu kimi, bu gün də Azərbaycanı dəstəklədiyini və daim yanında olduğunu bildirib.
Azərbaycanın Müdafiə Nazirliyindən Demedia.az-a verilən məlumata görə, o, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığında deyib.
General-polkovnik Z.Həsənov həmkarını Ermənistan silahlı birləşmələrinin son təxribatlarına qarşı Ordumuz tərəfindən görülən qətiyyətli tədbirlərdən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində aparılan işlər barədə ətraflı məlumatlandırıb.
Telefon danışığı zamanı həmçinin Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.