İrandakı etirazlarda 76 nəfər ÖLÜB



 14:40 27.09.2022     659

Ötən həftə İranda “Əxlaq” polisi tərəfindən hicab bəhanəsilə 22 yaşlı Məhsa Əminin qətlə yetirilməsindən qəzəblənən xalq küçələrə axışaraq hökumət əleyhinə aksiyalar keçirir və ölkə rəhbərliyinin zülmünə qarşı “ölüm olsun diktatora” kimi kəskin şüarlar səsləndirir. 

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki,  bu günədək kütləvi nümayişlər zamanı 76 dinc etirazçı polislər tərəfindən öldürülüb. 

"Hazırda Tehranda keçirilən etirazlarda polis və xüsusitəyinatlı qüvvələr atəş açır Hadisə zamanı ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur", - deyə KİV-də qeyd olunub.