Keçmiş prezidentin ev dustaqlığının müddəti uzadıldı
Moldovada Apellyasiya Palatası eks-prezident İqor Dodonun ev dustaqlığının müddətini uzadıb.
Demedia.az TASS-a istinadən xəbər verir ki, onun vəkili Nikolay Posturusu ev dustaqlığının oktyabrın 21-nə qədər davam edəcəyini deyib.
O, hakimin prokurorun tələbini qəbul edərək həbs müddətini daha 30 gün uzatdığını deyib.