Rus ordusu 11 istiqamətdə hücuma keçdi



 09:54 29.09.2022     991

Ukrayna Müdafiə Qüvvələri 11 yaşayış məntəqəsi ərazilərində rus ordusunun hücumlarını dəf edib.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

“Bu gün Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Zaytsevo, Mayorsk, Zaliznoye, Otradovka, Nikolayevka, Ozeryanovka, Pervomayskoye, Pobeda, Novomikaylovka, Pavlovka və Bezymyannı qəsəbələrində rus hərbçilərinin hücumlarının qarşısını alıb”, - Baş Qərargah bildirib.