Çavuşoğlu: "Azərbaycan qazının dünya bazarına çıxarılmasında Türkiyədən təşəbbüs gözlənilir"



 12:19 29.09.2022     302

“Hər kəs Azərbaycan qazının dünya bazarına çıxarılması məsələsində Türkiyədən təşəbbüs gözləyir".

Demedia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, dünyadakı münaqişələrin 60 %-i Türkiyənin olduğu regionda baş verir: “Türkiyə “taxıl böhranı” razılaşması ilə ərzaq böhranını həll etdi. Bu gün enerji böhranının həll edilməsində mühüm rol oynayırıq”.

Çavuşoğlu bildirib ki, Türkiyədən gözləntilər böyükdür: "Hər kəsin gözü, qulağı bizdədir”.