Quterreş: "Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsi qanunsuzdur"



 09:12 30.09.2022     288

Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi qanunsuzdur və heç bir hüquqi qüvvəyə malik deyil.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş jurnalistlərə bildirib.

O, vurğulayıb ki, "referendum"lar xalqın iradəsinin həqiqi ifadəsi sayıla bilməz, çünki onlar Ukraynanın qanunvericilik çərçivəsindən kənarda və Rusiyanın nəzarəti altında olan ərazidə keçirilib.

Quterreş qeyd edib ki, dövlət ərazisinin istənilən ilhaqı BMT Nizamnaməsi və beynəlxalq hüququn pozulmasıdır.