Putin müsəlmanları döyüşə göndərir - İNANILMAZ HƏMLƏ



 10:02 30.09.2022     476

“Krımda səfərbərlik elan edilməsi təsadüfi deyil. Bu, əsasən Krımda müsəlmanların yaşaması ilə bağlıdır”.

Demedia.az xəbər verir ki, türkiyəli ekspert Salih Yılmaz belə açıqlama verib. O bildirib ki, Rusiya rəhbərliyi içki aludəçisi olan rusların cəbhədə yaxşı döyüşə bilmədiyini anladığı üçün müsəlmanları cəbhəyə göndərmək istəyir. Ekspertin sözlərinə görə, Rusiya rəhbərliyi içki aludəçisi olmayan müsəlmanların cəbhədə cəsarətlə döyüşə bildiyini yaxşı başa düşür. Professor cəbhəyə cəlb edilənlər arasında buryatların çox olmasını da bu amillə əlaqələndirib.

Qeyd edək ki, Ukrayna müharibəsində ən çox qurban verənlərdən biri də buryatlardır.