Azərbaycanla sərhəddə erməni əsgərinin meyiti aşkarlandı



 10:42 01.10.2022     551

Azərbaycanla sərhədyanı bölgədə Ermənistan ordusunun sıravi əsgəri Qraçi Karamyanın meyiti aşkarlanıb.

Demdia.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.

Onun sözlərinə görə, 19 yaşlı, müddətli hərbi qulluqçu Qraçi Karamyanın ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.