İranda etiraz aksiyaları - Vəziyyət ağırdır
İranda hakimiyyətin tətbiq etdiyi hicab qaydasını pozduğu üçün əxlaq polisinin Məhsa Əminini qətlə yetirməsinə qarşı etiraz aksiyaları davam edir.
Demedia.az xəbər verir ki, bu barədə "GünAzTV" məlumat yayıb.
Qeyd olunub ki, Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərindəki universitetin tələbələri oktyabrın 1-də yerli vaxtla saat 12-də etiraz aksiyasına başlayıblar. Aksiyada hökumət əleyhinə şüarlar səsləndirilib, tələbələrə və etirazçılara qarşı repressiyaların dayandırılması tələb edilib.
İranın Əfqanıstan və Pakistanla sərhəddə yeləşən Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində oktyabrın 1-də keçirilən etiraz aksiyası yenidən şiddətli qarşıdurmalarla müşahidə olunub. Məlumata görə, sentyabrın 30-da baş verən şiddətli toqquşmalardan sonra şəhərə əlavə qüvvələr yeridən hökumət nəzarəti ələ almaqda çətinlik çəkir. Bildirilib ki, hazırda şəhər üzərində hərbi helikopterlər uçur.