Avropa İttifaqı liderləri kritik infrastrukturların təhlükəsizliyini müzakirə edəcəklər



 13:27 02.10.2022     1049

Avropa İttifaqı liderləri gələn həftə kritik infrastrukturların təhlükəsizliyini müzakirə edəcəklər.

Demedia.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.

Onun sözlərinə görə, “Şimal axını” boru kəmərlərinə qarşı təxribat Aİ üçün təhlükədir: “Biz kritik infrastrukturumuzu təhlükəsiz saxlamaqda qərarlıyıq. Liderlər bu məsələni Praqada keçiriləcək sammitdə müzakirə edəcəklər”.

Qeyd edək ki, Aİ liderləri oktyabrın 7-də Çexiyanın paytaxtında görüşməlidirlər.