Limanın müdafiəsiz qalması Putinin qərarı idi - Hesabat
Hazırda Rusiya Prezidenti Vladimir Putinin prioritetləri Luqansk vilayətinin müdafiəsi deyil, işğal olunmuş cənub rayonlarının saxlanmasıdır.
Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
“Kupyansk və ya Limanda cəbhə xəttini müdafiəsiz saxlamaq qərarı hərbi komandanlığın deyil, Putinin qərarı idi. Çox güman ki, Putin Luqansk vilayətindən daha çox Xerson və Zaporojye vilayətlərinin strateji ərazilərini əlində saxlamaqla məşğuldur”, - hesabatda qeyd olunub.