Slovakiyada Ukrayna üçün silah istehsal ediləcək
Slovakiya Danimarka, Norveç və Almaniyadan gələn pullarla Ukrayna üçün silah istehsal edəcək.
Demedi.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, Danimarka hökuməti Slovakiya, Norveç və Almaniya ilə birlikdə "Zuzana-2" artilleriya sistemlərinin istehsalı və Ukraynaya verilməsi üçün Slovakiyaya maliyyə yardımı göstərmək niyyəti haqqında birgə bəyanat imzalayıb.
Yardımın ümumi məbləği 103,4 milyon dollar təşkil edəcək.
"Bu ianə ilə Danimarka yenidən Ukraynaya lazımi avadanlıqla kömək edir. Təəssüf ki, Ukraynada müharibə uzanacaq. Ona görə də ukraynalıların azadlıq uğrunda mübarizəsini gələcəkdə də dəstəkləməyimiz son dərəcə vacibdir", - məlumatda deyilir.