Mövlud Çavuşoğlu: "Türk dünyasındakı həmrəyliyin dərinləşməsinə çalışırıq"
“Türk dünyasındakı həmrəylik və birliyin daha da dərinləşməsi istiqamətində çalışmağa davam edirik”.
Demedia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.
O, 3 oktyabr- Türk dilində Danışan Ölkələrin Əməkdaşlığı Günü münasibətilə türkdilli dövlətləri təbrik edib.
Xatırladaq ki, Türk dilində Danışan Ölkələrin Əməkdaşlığı Günü 2009-cu ildən qeyd olunur. Həmin ilin oktyabrın 3-də Naxçıvanda türkdilli ölkələrin liderlərinin zirvə görüşü keçirilmişdi.