Nikol Paşinyan: "Sülh gündəliyinə sadiqəm"



 23:58 05.10.2022     327

“Mən sülh gündəliyinə sadiq olduğumuzu təsdiqləyirəm”.

Demedia.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamendə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sülh gündəliyinin konkret düstur üzrə həyata keçirilməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürür.

N.Paşinyan həmin düsturu əvvəlki müsahibəsində açıqladığını deyib.

Qeyd edək ki, Paşinyan daha əvvəl Ermənistanın İctimai Televiziyasına müsahibəsində Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu bildirib. Onun fikrincə, yalnız bu halda regionda sülhün bərqərar olması mümkün olacaq.