Krım körpüsündə hərəkət BƏRPA OLUNDU

 20:43 08.10.2022     364

Krım körpüsündə avtomobillərin və avtobusların hərəkəti bərpa olunub.

Demedia.az xəbər verir ki, bunu yarımadanın rəhbəri Sergey Aksenov bildirib.

O deyib ki, hazırda nəqliyyat vasitələri prosedur yoxlamalardan keçərək körpüdə hərəkət edə bilərlər.

Xatırladaq ki, bu gün Krım körpüsü partladılıb. Nəticədə 3 nəfər ölüb.