Şimali Koreyadan növbəti ballistik raket - Yapon dənizi istiqamətində
Şimali Koreya (KXDR) Yapon dənizinə doğru ballistik raket buraxıb.
Demedia.az xəbər verir ki, bu barədə "Renhap" agentliyi məlumat yayıb.
Raketin düşdüyü yer haqqında dəqiq məlumat verilmir.
Yaponiyanın Baş naziri Fumio Kişidanın ofisində Şimali Koreyanın yeni raket buraxılışı ilə bağlı məlumat toplamaq və təhlil etmək üçün böhran qərargahı yaradılıb.
Xatırladaq ki, bu, KXDR-in son iki həftədə yeddinci ballistik raket buraxılışıdır. Raket buraxılışı Yaponiya, Cənubi Koreya və ABŞ-ın Yapon dənizindəki birgə hərbi təlimləri başa çatdıqdan sonra baş tutub.