Zelenski Ali Baş Komandanlığın iclasını çağırdı
Ukrayna Prezidenti Vladimir Zelenski Ali Baş Komandanlığın iclasını çağırıb.
Demedia.az xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat verib.
“Biz ilk növbədə cəbhə xəttindəki vəziyyəti müzakirə etdik və Ukrayna Silahlı Qüvvələrinin səmamızı qoruyan bölmələrinin keyfiyyətli işini qeyd etdik. Ukrayna ərazilərinin işğaldan azad edilməsi istiqamətində atılan addımlardan, qoşunlarımızın qışa hazırlığından danışdıq. Qalib gələcəyik”, - Zelenski bildirib.