Xerson vilayətində indiyədək 75 yaşayış məntəqəsi işğaldan azad olunub



 09:12 13.10.2022     248

“Xerson vilayətində indiyədək 75 yaşayış məntəqəsi işğaldan azad olunub”.

Demədia.az xəbər verir ki, bunu Ukraynanın Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç “Suspilni”nin efirində deyib.

Onun sözlərinə görə, sadəcə oktyabr ayı ərzində Ukrayna Silahlı Qüvvələri vilayətin 29 yaşayış məntəqəsində mavi-sarı bayrağı sancıblar:

“Xerson vilayətinin azad olunması davam edir. Təəssüf ki, daha çox danışa bilməyəcəyəm, çünki informasiya sükutuna riayət edilməlidir. Ancaq biz hər gün yaxşı xəbərlər gözləməliyik”.

Y.Yanuşeviç deyib ki, işğaldan azad olunmuş ərazilərdə vəziyyət dəhşətlidir. Onun sözlərinə görə, orada xeyli dağıdılmış ev, məktəb, uşaq bağçası və xəstəxana var.