BMT Ukraynanın işğal altındakı ərazilərində keçirilən "referendum"ları pislədi



 09:54 13.10.2022     1085

BMT Baş Assambleyası Ukraynanın işğal altındakı Donetks, Luqansk, həmçinin Xerson və Zaporojye vilayətlərində keçirilən qanunsuz referendumları pisləyən qətnamə qəbul edib.

Demedia.az xəbər verir ki, qətnamədə Rusiyadan ərazilərin “ilhaq bəyannaməsi”nə yenidən baxılması tələbi yer alır.

Qətnaməni 143 ölkə dəstəkləyib, 5-i əleyhinə çıxıb, 35 dövlət səsvermədə iştirak etməyib.

Belarus, Şimali Koreya, Nikaraqua, Suriya və Rusiya qətnamənin əleyhinə səs verib.