Sakit Okeanda güclü zəlzələ
Sakit Okeanda 5,7 bal gücündə zəlzələ baş verib.
Nexeber.az ABŞ Geoloji Xidmətinə istinadən xəbər verir ki, yeraltı təkanlar Yeni Kaledoniya torpaqlarına məxsus Luayot adalar qrupunda qeydə alınıb.
Zəlzələnin episentri 7,5 min insanın məskunlaşdığı Tadin yaşayış məntəqəsindən 440 km cənub-şərqdə qeydə alınıb.
Zəlzələ ocağı isə 10 km dərinlikdə yerləşib. Sunami təhlükəsi elan edilməyib.