İran Azərbaycanla sərhəddə hərbi təlim keçirməyi planlaşdırır



 16:10 13.10.2022     677

İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) yaxın günlərdə ölkənin şimalında, Araz çayı sahilində, Azərbaycan Respublikası ilə sərhəddə irimiqyaslı hərbi təlim keçirməyi planlaşdırır.

Deemdia.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə SEPAH-ın Quru Qoşunlarının komandanı briqada generalı Məhəmməd Pakpur məlumat verib.

Onun sözlərinə görə, təlimə regional Aşura qərargahı komandanlıq edəcək.

M.Pakpur bildirib ki, hərbi manevr təqvimə uyğun olaraq döyüş hazırlığının artırılması və yoxlanılması məqsədilə keçirilir.//Report.az