Türkiyə hərbçisi terrorçularla atışmada şəhid olub

 10:38 14.10.2022     241

Türkiyənin Jandarma Qüvvələrinin çavuşu Kürşat Sert Van əyalətinin Çatak rayonunda terrorçularla atışmada şəhid olub.

Demedia.az “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Van valiliyindən bildirilib.

Jandarma Qüvvələri bölgədə antiterror əməliyyatı keçirir. Bu zaman ərazidə gizlənmiş terrorçular hərbçilərə atəş açıblar. Nəticədə K.Sert şəhid olub.

Bölgədə antiterror əməliyyatı davam edir.