Ukraynalı səfir Almaniyanı tərk etdi



 12:02 14.10.2022     139

Ukraynanın Berlindəki səfiri Andriy Melnikin Almaniyadakı səlahiyyət müddəti başa çatıb. 

Demedia.az xəbər verir ki, bu barədə eks-səfir özü artıq Kiyevə getməsi barədə məlumat verib. 

"Mən evə başımı dik, təmiz vicdanla və Ukrayna qarşısında borcumu yerinə yetirdiyimi hiss edərək qayıdıram", - diplomat yazıb. 

Onun varisi, Ukrayna prezidenti Volodimir Zelenskinin fərmanı ilə Melnikin yerinə təyin edilən Aleksiy Makeyev oktyabrın 15-dən Almaniyada səfir vəzifəsinə başlayacaq.