Rusiya ordusu niyə Ukraynada uğursuz oldu?

 14:43 15.10.2022     589

"Rusiyada səfərbər olan sakinlər, hər nə qədər hərbi qurum tərəfindən alındığı iddia edilsə də, avadanlıqları özləri almalı olurlar".

Demedia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin tviter səhifəsi məlumat yayıb.

İcmalda qeyd olunur ki, son iki həftə ərzində Ukraynaya Rusiyanın səfərbər edilmiş ehtiyatında olan hərbçiləri göndərilib. Onların şəxsi avadanlıqlarının orta səviyyəsi daha əvvəl göndərilmiş qoşunların onsuz da cüzi olan təminatından da aşağıdır.

Britaniya kəşfiyyatının məlumatına görə, ehtiyatda olan hərbçilərin bir çoxu zirehli jiletlərini, xüsusən də “Ratnik” fərdi təchizat proqramı çərçivəsində döyüş hissələrinə verilməli olan müasir “6B45” zirehli jiletlərini özləri almalı olacaqlar. Bu jilet hazırda Rusiya internet-mağazalarında 40 min rubla (təxminən 640 ABŞ dolları) satılır. Hərçənd aprel ayında jiletin qiyməti təxminən 12 min rubl (təxminən 190 ABŞ dolları) idi.

Bu arada, 2020-ci ildə Rusiya hökuməti orduya 300 min dəst “Ratnik” gülləkeçirməz jiletin verildiyini açıqlayıb ki, bu da hazırda Ukraynada yerləşdirilən qüvvələri təchiz etmək üçün kifayətdir.

“Geniş yayılmış korrupsiya və zəif logistika Rusiyanın Ukraynadakı uğursuzluqlarının əsas səbəbləri olaraq qalır”, - Britaniya Müdafiə Nazirliyi bildirib.