Belqorod vilayətində terror aktı: 11 nəfər ölüb, 15 nəfər yaralanıb



 23:35 15.10.2022     578

Rusiya Müdafiə Nazirliyi ölkənin Belqorod vilayətindəki hərbi hissədə baş verən insidenti terror aktı adlandıraraq hadisədə 11 nəfərin öldüyünü, 15 nəfərin isə yaralandığını açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə müdafiə qurumunun açıqlamasında bildirilib.

Qeyd olunub ki, olayı MDB ölkəsindən olan 2 nəfər edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, terrorçular xüsusi əməliyyatda iştirak etmək arzusunda olan şəxslərlə atışma məşqi zamanı bölmənin şəxsi heyətinə silahlardan atəş açıblar: “Atışma nəticəsində 11 nəfər ölüb. Daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə aparılıb və onlara bütün lazımi yardımlar göstərilib”.

Nazirlik hər iki terrorçunun atışma nəticəsində öldürüldüyünü bildirib. cavab atəşi nəticəsində.

***

22:54

Rusiyanın Ukrayna ilə sərhədyanı bölgədə yerləşən Belqorod vilayətində hərbi hissədə atışma olub.

Bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

“Baza”nın məlumatına görə, hadisə nəticəsində ölənlər və yaralananlar var.

Eyni zamanda “SOTA” teleqram kanalı öz mənbələrinə istinadən 22 nəfərin öldüyü, 16 nəfərin isə yaralandığını açıqlayıb. Bununla belə, atəş açan hərbçilərin sayı 3 nəfər olub. Onlardan ikisi yerindəcə öldürülüb, 1-i isə qaça bilib.

Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.