Ukrayna Baş Qərargahı Rusiya itkilərinin sayını açıqlayıb

 11:54 16.10.2022     212

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 65 300 hərbçisi məhv edilib.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 529 tank, 5 193 zirehli maşın, 1 224 operativ-taktiki PUA, 1 589 artilleriya sistemi, 186 hava hücumundan müdafiə sistemi, 268 təyyarə, 242 helikopter, 3 959 avtomobil və tanker, 143 xüsusi texnikadan ibarətdir.

Bildirilib ki, Rusiya ordusu daha çox Krivoy Roq və Baxmut istiqamətlərində itkilər verib.