"Rusiya PUA-ların tədarükü üçün İranla yeni müqavilə imzalayıb"



 14:25 16.10.2022     334

Rusiya İranla “Arash-2” pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı yeni müqavilə imzalamış ola bilər.

Demedia.az xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun analitikləri gəlib.

Hərbi ekspertlər Rusiya və Ukrayna teleqram kanallarından adı açıqlanmayan İran mənbələrinin məlumatı ilə “sızan” xəbərlərə istinad edirlər. Alınan dronların sayı məlum deyil.

Sentyabr ayında İran Quru Qoşunlarının komandanı, briqada generalı Kiomars Heydəri bildirib ki, “Arash-2” PUA-ları uzaq məsafə qətetmə üzrə imkanlara malikdir və İrandakı bazalardan İsrailin Tel-Əviv və Hayfa kimi şəhərlərinə hücum edə bilir. Bununla belə, hərbi ekspertlər Rusiya qüvvələrinin “Arash-2”dən “Shahed-136”dan istifadə etdiklərindən daha səmərəli istifadə edə biləcəyinə şübhə edirlər.

Hesabatda həmçinin bildirilib ki, “Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) Rusiya Müdafiə Nazirliyi üzərində öz üstünlüyünü nümayiş etdirmək cəhdlərini davam etdirməsi ehtimalı var.

Bu fikrin təsdiqi kimi hərbi ekspertlər Qara Dəniz Donanmasının 126-cı sahil müdafiə briqadasının hərbçiləri ilə birgə müharibənin əvvəlindən döyüş əməliyyatlarını fasiləsiz və rotasiyasız apardıqlarından şikayətləndikləri videonu göstərirlər. Hərbçilər həmçinin vurğulayıblar ki, onların 80 nəfərə bir zirehli transportyoru var və bu, onların manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Bundan sonra “Vaqner” ÖHŞ ilə əlaqəli teleqram kanalı ÖHŞ rəhbərliyinin dörd yolsuzluq avtomobilini 126-cı sahil müdafiəsi briqadasına təhvil vermək qərarına gəldiyini bildirib. Analitiklər belə qənaətə gəliblər ki, bu qərar Rusiya Müdafiə Nazirliyinin hərbçiləri lazım olan hər şeylə təmin etmədiyinə görə üstüörtülü tənqid ola bilər.