Si Cinpin Tayvan məsələsində Çinin güc tətbiq edəcəyini istisna etmir
Çin Sədri Si Cinpin ölkə hakimiyyətinin Tayvan probleminin həlli üçün bütün lazımi tədbirləri görmək hüququnu özündə saxladığını bildirib.
Demedia.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Çin Kommunist Partiyasının 20-ci Qurultayında çıxış edərkən deyib
“Biz səmimiyyətlə və bütün gücümüzlə sülh yolu ilə birləşmə perspektivində israr edirik, lakin güc tətbiqindən imtina etməyə heç vaxt söz verməyəcəyik”, - Si Cinpin vurğulayıb.
O qeyd edib ki, Çinin tədbirləri tayvanlıların əksəriyyətini hədəf almayacaq.
Bundan əlavə, dövlət başçısı çıxışında bildirib ki, Çin Tayvan adasının müstəqilliyinə yönəlmiş xarici qüvvələrin separatçı hərəkətləri və təxribatlarına qarşı müqavimət göstərmək əzmini nümayiş etdirib.