"Taliban" İrana qaçaqmalçılıq yolu ilə 250 min dolların keçirilməsinin qarşısını aldı



 23:48 16.10.2022     1021

"Taliban" Əfqanıstanın qərbində yerləşən Herat əyalətindən İrana qaçaqmalçılıq yolu ilə 250 min ABŞ dollarının keçirilməsinin qarşısını alıb.

Demedia.az "Khaama Press"ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyat zamanı məlum olub ki, hücum edən şəxs pulu avtomobilin oturacağında gizlədib.

"Taliban" şübhəlinin kimliyi, eləcə də bu məbləğin ona necə çatdığı barədə məlumat vermir.

Bundan əvvəl “Taliban” hərəkatının formalaşdırdığı Əfqanıstan hökumətinin nümayəndələri qaçaqmalçıların milli satqın sayıldıqlarını və həbs olunsalar, onlara uyğun davranılacağını bəyan edib.