Latviya XİN başçısı Belarusa xəbərdarlıq etdi



 12:52 17.10.2022     327

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs Belarusa xəbərdarlıq edib.

Demedia.az-ın xəbərinə görə, o, bu barədə tviterdə yazıb.

Nazir bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya qoşunlarına Ukraynaya hücum etmək üçün öz ərazisindən istifadə etməyə icazə verir: “Beləliklə, Belarus Ukrayna ilə müharibə aparır. Əgər Belarus təcavüzdə birbaşa iştirak edirsə, biz Minski daha çox sanksiyalar və beynəlxalq təcridlə sıxışdırmalıyıq”.

XİN başçısı həmçinin Ukraynaya daha çox silah yardımının zəruriliyini vurğulayıb.