Aİ-nin ali nümayəndəsi: "Cənubi Qafqazda davamlı sülhə töhfə verməyə tam sadiqik"
“Avropa İttifaqı Cənubi Qafqazda davamlı sülhə töhfə verməyə tam sadiqdir”.
Demedia.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel tviterdə yazıb.
“Biz Ermənistan-Azərbaycan sərhədində monitorinq potensialı yaradırıq və insanların həyatını riskə atmamaq üçün 40 monitorinq eksperti yerləşdiririk”, - o bildirib.
Qeyd edək ki, oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurası Ermənistana mülki missiyanın göndərilməsi barədə qərar verib. Missiya Ermənistanda Azərbaycanla sərhədin yaxınlığında yerləşdiriləcək.