Hüseynin 4 milyonluq maşınını soydular - VİDEO
Rusiyada yaşayan tanınmış azərbaycanlı bloqqer Hüseyn Həsənovun avtomobilinə hücum olunub.
Nexeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə fenomeni öz instaqram səhifəsində məlumat verib. O qeyd edib ki, naməlum şəxslər "Gelandewagen" markalı avtomobilinin ön pəncərəsini sındıraraq əşyalarını götürüblər.
Hətta bloqqer izləyicilərinə də məsləhət verib: "Çantanızı heç vaxt ön oturacaqda qoymayın. Yoxsa bu cür halla qarşılaşacaqsınız".
Qeyd edək ki, H. Həsənov sözügedən avtomobili ilə bağlı tez-tez gündəmə gəlib. O, bir neçə ay bundan əvvəl kortejlə avtoşluq edib, Moskva polisi tərəfindən saxlanılıb.
Onun qırmızı rəngli "Gelandewagen"inin qiyməti 4 milyon rubldur (92 400 AZN).